Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezident: “Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin bütün sahələrdə birliyinin göstəricisidir”

Baxış: 202
“Ötən ilin iyununda Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsi iki ölkə və xalqlar arasında qardaşlığın və əməkdaşlığın bariz nümunəsidir”.
“Sahibkartv.az” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
“Biz bu sənədlə bütün formatlarda əməkdaşlığımızı rəsmiləşdirdik. Şuşa Bəyannaməsini imzalamaqla Türkiyə ilə həm sözdə, həm də əməldə birliyimizi bütün dünyaya bəyan etdik”, - İlham Əliyev bildirib.
Dövlət başçısı Azərbaycan və Türkiyənin bütün istiqamətlər, o cümlədən hərbi sahədə və müdafiə sənayesi sahəsində müttəfiq olduğunu vurğulayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.