Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ƏDV-dən azad ediləcək kitab və kağız məhsullarının siyahısı yekunlaşmaq üzrədir - EKSKLÜZİV

Baxış: 295


Kitab və kağız məhsullarının idxalının və satışının Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunmasına dair məsələ hazırda gündəmdədir.
Bu barədə “Sahibkartv.az”ın sorğusuna cavab olaraq Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, hazırda proses öz həllinin son mərhələsindədir.
Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən Vergi Məcəllənin 164.1.7-ci maddəsinə (siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı) uyğun olaraq, kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin siyahısı təsdiq edilməlidir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.