"Azərbaycan pomidor bazarında tələb təklifi üstələyir, çünki bu məhsulun istehsalı üzrə hal-hazırda qıtlıq müşahidə olunur".
Bunu “Sahibkartv.az”a "Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Bəşir Quliyev bildirib.
Onun sözlərinə görə, pomidorun yetişməsi 7-8həftəyə başa gəlir: “7-8 həftə bundan əvvəl qışın ən soyuq günləri idi. Ona görə pomidorun yetişmə prosesi zəif sürətlə gedirdi. Bu səbəbdən pomidor istehsalında aprel ayında məhsuldarlıq azdır. Lakin bir həftədən sonra vəziyyət dəyişəcək, pomidor yetişir, istehsal həcmi artır”.
O əlavə edib ki, sahə pomidorları ölkənin həm cənub rayonlarında, həm də Xaçmaz zonasında iyul ayında bazara çıxmağa başlayır.
“Hazırda istehsalçılarda böyük həcmdə pomidor ehtiyatı yoxdur. Bu səbəbdən qiymətlər artır. Ümumiyyətlə, martın sonu aprel ayı ərzində pomidorun ən baha qiymətə satılan vaxtıdır. Hesab edirəm ki, bir həftəyə qiymətlər enəcək.
Tendensiyaya baxsaq, 10 il bundan əvvəl qışda pomidorun 1 kq-ı 8 manat idi, həm qış fəslində camaat pomidor yemirdi. Bu məhsul ancaq toylarda, ad günlərində istifadə olunurdu. İstixana şəraitində pomidorun yetişdirilməsi genişlənəndən sonra artıq Azərbaycan istehlakçısı üçün qışda pomidor qismən aşağı qiymətə 3,5 manata təklif edildi. Qış ayında bu qiymətə pomidor almaq böyük irəliləyişdir. Bir neçə il bundan əvvəl 5-6 manat 8 ABŞ dolları demək idi, hazırda isə 3 manat 2 ABŞ dollarından azdır. Bu deməkdir ki, 10 il ərzində pomidorun qiyməti təqribən 4 dəfə azalıb. Bu gün istixana şəraitində pomidorun yetişdirilməsində aşağı likvidlilik səviyyəsində olan qiymətlərdir. Yəni, pomidorun qış ayında satış qiyməti bir-iki manat ola bilməz. Pomidor qış aylarında iki manata satılsa, bu onun qazdan istifadəni, işçilərin maaşını, gübrənin, toxumun qiymətini ödəməyəcək”, - B.Quliyev deyib.
O əlavə edib ki, ilk növbədə ölkə bazarında pomidora olan tələbat qarşılanır, qalan hissəsi isə ixrac edilir.
O, pomidorun Rusiyaya ixracındakı son vəziyyəti açıqlayıb: “Rusiya-Ukrayna müharibəsi başlayanda şimal qonşumuzun sərhəd-keçid məntəqəsində məhsullarımız günlərlə qalırdı. Sərhəddə yük maşınlarının buraxılma sürəti çox aşağı idi. Bu isə məhsullarımızın xarab olmasına səbəb olurdu. Martda istehsalçılarımız çox əziyyət çəkdilər, böyük ziyana uğradılar. Hazırda pomidorun Rusiyaya ixracı davam edir. Son 3 həftə ərzində sərhəd-keçid məntəqələrində yük maşınlarının keçmə sürəti normallaşıb. Hazırda avtomobillər 5-6 günə təyinat məntəqəsinə çatır”.
Onun sözlərinə görə, Rusiyaya ixrac edilən pomidorun qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb: "Bizim müşahidələrimizə görə, ucuzlaşma təqribən 15 %-dir. Çünki Rusiyanın özündə də istehsal artıb, bu da bazardakı təklifə təsir edir. Bununla yanaşı, əhalinin alıcılıq qabiliyyəti azalıb".
Bəşir Quliyev İxrac olunan məhsullara görə ödənişə gəldikdə isə B.Quliyev deyib ki, Rusiyada müəyyən banklara sanksiyalar tətbiq edilir: “Həmin banklar vasitəsilə ödəniş həyata keçirmək mümkün olmur, amma digər banklar vasitəsilə ödənişlərdə problem olmur".
O vurğulayıb ki, dünya bazarlarında gübrə 3 dəfə bahalaşıb: “Rusiya gübrə ixracına qadağa qoyub. Bu isə dünya bazarlarında gübrənin bahalaşmasına səbəb olub. İstixana şəraitində istifadə edilən damlama gübrələri Azərbaycana artıq Rusiyadan yox, Avropadan, Çilidən, İsraildən gəlir. Rusiyadan gələn gübrə daha çox açıq sahələr üçün istifadə edilən gübrələrdir. Rusiyadan idxal edilən gübrə taxılçılıqda, qarğıdalının, soyanın, yoncanın yetişdirilməsində istifadə edilir”.
O deyib ki, bu il "SOCAR Karbamid" tərəfindən yerli bazara daha ucuz qiymətə karbamid təklif edib: “SOCAR Karbamid" ötən il hansı qiymətə karbamidi yerli bazarda satmışdısa, bu il də həmin qiymətə satıb. Buna görə dünya bazarlarında gübrənin qiymətinin artması ölkə bazarına böyük təsir göstərməyəcək”.
B.Quliyev əlavə edib ki, meyvə-tərəvəz istehsalı üçün toxum Rusiyadan böyük həcmdə alınmır: “Toxumçuluğun inkişafının əsasını seleksiya elmi təşkil edir və bu elm Avropada, Yaponiyada, ABŞ-da, İsraildə inkişaf etdiyi üçün həmin ölkələrdən olan firmalar dünyada toxumların satışı üzrə liderdir. Hazırda dünya bazarlarında toxum bahalaşıb. İstixana sektorunda istifadə olunan toxumların 99 %-i xaricdən gəlir, taxılçılıqda artıq yerli toxum istehsalçıları mövcuddur. Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tərəvəzçilik Tədqiqat İnstitutu toxumları bazara çıxardırlar və bu istiqamətdə ilkin addımları atırlar. Toxumçuluğun inkişafı üçün 10 ilə yaxın müddət lazımdır. 3-4 ildir ki, Kənd Təsərrüfatı Nazirliyi bu işlərlə məşğuldur, ona görə daxili tələbatın böyük hissəsi xarici toxum hesabına qarşılanır”.
Bu ilin yanvar-mart aylarında Azərbaycan 38 milyon 822 min ABŞ dolları dəyərində 31 min 763 ton pomidor ixrac edib. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə həcm ifadəsində 12 247 ton (62,7 %), dəyər ifadəsində isə 17 milyon 563 min ABŞ dolları (82,6 %) çoxdur.
Kanadada Süni Ət İstehsalı Üçün Yeni Biotexnologiya Fabriki Açılır
19:19 / 21-02-2025
Çində Yeni Tipli Ekoloji Marketlər Açılmağa Başlayır
18:51 / 21-02-2025
İspaniyada Dəniz Suyu ilə Suvarma Texnologiyası İstifadəyə Verilib
18:30 / 21-02-2025
İsveçdə Təsərrüfat Sahələri Üçün Smart İqlim İdarəetmə Sistemləri Yaradılır
18:21 / 21-02-2025
Yaponiyada Pilotsuz Kombaynlar Kənd Təsərrüfatında İnqilab Yaradır
17:39 / 21-02-2025
Argentinada Fındıq İstehsalı Üçün Yeni Genetik Növlər Sınaqdan Keçirilir
17:30 / 21-02-2025
Hindistanda Ekoloji Təmiz Süd Məhsullarına Maraq Artır
17:13 / 21-02-2025
Meksikada Kaktusdan Dəri Hazırlayan Startap Beynəlxalq Bazara Çıxır
16:44 / 21-02-2025
Rusiyada Aqrotexnologiya Sahəsində Yeni Sərmayələr Yatırılır
16:15 / 21-02-2025
Rubio: Tramp dövründə İran nüvə silahına malik olmayacaq
16:00 / 21-02-2025
Almaniya Bioloji Gübrələrə Keçid Edir
15:46 / 21-02-2025
Hava bu tarixdə düzələcək - RƏSMİ
15:30 / 21-02-2025
Cənubi Koreyada Gələcəyin Smart Fermer Təsərrüfatları Tikilir
15:00 / 21-02-2025
Putinin aqressiv davranışlarının səbəbkarı Tramp deyil - ŞƏRH
14:22 / 21-02-2025
Evdən çıxmasanız, yaxşıdır! - Hava daha da pisləşəcək
13:48 / 21-02-2025
Azərbaycanda yeni qurum yaradıldı
13:43 / 21-02-2025
Bu gün avtobuslar saat 21:30-dək işləyəcək
13:09 / 21-02-2025
Lerikdə İrandan gətirilən 10 kq narkotik aşkarlandı
12:48 / 21-02-2025
AYNA: Avtobusların hərəkətində gecikmələr var
12:33 / 21-02-2025
Pezeşkiandan Trampa Azərbaycanca mesaj: “Tülkü kölgəsində yatma...”
12:21 / 21-02-2025
Yol polisi hava şəraiti ilə bağlı piyadalara müraciət edib
12:04 / 21-02-2025
Azərbaycan Prezidenti Hulusi Akarı qəbul edib
11:59 / 21-02-2025
Hazırda respublikanın avtomobil yollarında vəziyyət necədir?
10:42 / 21-02-2025
Qarlı hava şəraiti ilə bağlı məktəblərə və valideynlərə ÇAĞIRIŞ - Rəsmi
10:36 / 21-02-2025
Xəzər dənizində zəlzələ oldu
09:51 / 21-02-2025
Buza görə bağlanan yol açıldı
09:42 / 21-02-2025
20 ölkə Trampa qarşı çıxdı: Ukraynaya dəstək - Makron
09:33 / 21-02-2025
Ukraynaya silah satışını dayandırdılar
09:28 / 21-02-2025
Xamenei Qətər əmirini "iynələdi": Yerinizdə olsaydıq...
09:23 / 21-02-2025
Arif Babayev "Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə təltif olunub
09:11 / 21-02-2025
Ukrayna ilə bağlı qadağa - bəyannamə hazırladılar
09:00 / 21-02-2025
Qlobal Ət Bazarında Bitki Əsaslı Alternativlər Artır
22:16 / 20-02-2025
Ölkədə pomidorun bahalaşmasının səbəbləri açıqlanıb
Bölməyə aid digər xəbərlər
Tarix: 24-04-2022, 11:30 Oxunub: 221
Bölməyə aid digər xəbərlər
8-04-2022, 22:10
İlham Əliyev Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib - YENİLƏNİB
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
18-01-2022, 13:47
Azərbaycan ictimaiyyətinin nümayəndələri Fransa Prezidentinə müraciət ünvanlayıblar
6-11-2021, 12:08
"Biz istəyirik ki, Azərbaycan xaricdən bal idxalını dayandırsın"
17-10-2021, 11:59
Dünya bazarında “ağ qızıl” bahalaşır: Bu fakt Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? - ARAŞDIRMA+FOTO
14-09-2021, 13:40
İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul etdi - VİDEO
30-08-2021, 11:56
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Vaqif Poeziya Günlərinin açılışında - YENİLƏNİB + FOTO
24-06-2021, 15:55
Karbohidrogen ehtiyatları nə vaxt tükənəcək? - ARAŞDIRMA
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək