Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

SOCAR-ın yanacaqdoldurma məntəqəsində tingpaylama aksiyası keçirilib

Baxış: 317
Dövlət Neft Şirkətinin (SOCAR) yanacaq-doldurma məntəqələrindən (YDM) birində “Bir ağac-min nəfəs” devizi altında tingpaylama aksiyası keçirilib.
Bu barədə "Sahibkartv.az"a SOCAR-ın törəmə müəssisəsi - "SOCAR PETROLEUM" QSC-dən bildirilib.
Xatırladaq ki, şirkətin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birhə reallaşdırdığı aksiyanın məqsədi ağac əkmək istəyən hər kəsi tinglərlə pulsuz təmin etməklə onlara dəstək olmaq, təbiətə töhfə verməkdir. Layihənin davamı olaraq, bu gün Bakının Binəqədi rayonunda - Binəqədi-Novxanı yolunda fəaliyyət göstərən YDM-in ərazisində vətəndaşlara ağac tingləri paylanılıb. Aksiyada, həmçinin ekokönüllülər vətəndaşlara ağac tinglərinin əkilməsi və onlara qulluq göstərilməsi qaydalarına dair məlumatlar verib.
Aksiya bundan əvvəl “SOCAR PETROLEUM”un Heydər Əliyev prospektində yerləşən YDM-də keçirilib. Aksiyada paylanılan ağac tingləri ETSN-nin sahələrində yetişdirilir.






















Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.