Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün master-klas təşkil edib -Fotolar

Baxış: 153
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün master-klas təşkil edib -Fotolar


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Sən də hüquqlarını tanı” mövzusunda master-klas təşkil olunub.
AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasının İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində keçirilən tədbirdə həmkarlar ittifaqı üzvlərinin övladları iştirak ediblər.

aia.az xəbər verir ki, əvvəlcə uşaqlara Akademiya haqqında məlumat verilib. Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini icra edən Yusif Ağayev azyaşlıları salamlayaraq onları bu əlamətdar gün münasibətilə təbrik edib.

Tədbirdə uşaq hüquq və azadlıqlarından danışılıb, onların qorunması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Vurğulanıb ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir, onların sağlam, hərtərəfli, Vətənə layiqli övlad kimi böyümələri, təhsil almaları üçün hər cür şərait yaradılıb. Qeyd edilib ki, xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlar dövlətimizin diqqətindədir. Həmçinin uşaqlara müstəqil, suveren, qalib Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə çalışmaq, bunun üçün yaxşı oxumaq, biliklərə yiyələnmək tövsiyə olunub.

Tədbirdə uşaq hüquqları ilə bağlı təqdimat olub, dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğıdan bəhs edən videoçarx nümayiş etdirilib. Eləcə də master-klasda iştirakçılara mövzu üzrə tapşırıqlar verilib, qrup işləri yerinə yetirilib.

Sonda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.