Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Uşaq meydançasında təhlükəli çökmə - VİDEO

Baxış: 189
Uşaq meydançasında təhlükəli çökmə - VİDEO


Sumqayıt şəhərinin 17-ci mikrorayon ərazisində uşaq meydançasında təhlükəli çökmə baş verib. Bu səbəbdən sakinlər narahatlıqlarını bildiriblər.
"Xəzər" TV xəbər verir ki, sakinlərin sözlərinə görə, ərazidən gün ərzində çoxlu sayda uşaq və yaşlı insan istifadə edir.
Oyun meydançasında yaranmış çökmə isə hər an bədbəxt hadisəyə səbəb ola bilər.

Sakinlər bildirirlər ki, bir müddət əvvəl əraziyə aidiyyəti qurumlar baxış keçiriblər. Amma mövcud təhlükə hələ də aradan qaldırılmayıb.

Məsələ ilə bağlı Sumqayıt Su Kanal İdarəsindən bildirilib ki, əraziyə baxış keçirilib. Kanalizasiya lükünün özündə hazırda hər hansı problem yoxdur. Sadəcə, lükün ətrafında çökmə qeydə alınıb və bununla bağlı aidiyyəti üzrə müraciət ünvanlanıb. Həmin ərazi müəyyən vaxt çərçivəsində abadlaşdırılacaq və çökmənin baş verdiyi hissəyə asfalt örtüyü çəkiləcək.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.