Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Kiberpolisdən onlayn dələduzluq piramidasına qarşı əməliyyat - Video

Baxış: 180
Kiberpolisdən onlayn dələduzluq piramidasına qarşı əməliyyat - Video


Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) onlayn dələduzluq piramidası olan “Zuerx” platformasına qarşı əməliyyat keçirib.

“Qafqazinfo” xəbər verir ki, kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlərlə qeyd edilən piramidanı idarə edən şəxslər 32 yaşlı Əli Qarazadə, 35 yaşlı Samir Ağazadə və 39 yaşlı Elmar Xosiyev müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla məlub olub ki, onlar vatsap və digər ani mesajlaşma şəbəkələrində yaratdıqları qruplara üzv olan 400 nəfərdən artıq şəxsə “Zuerx” piramidasına kriptovalyuta formasında yatırımlar etməklə böyük məbləğlərdə gəlir qazanacaqlarına dair yalan vədlər veriblər.

Saxlanılan şəxslər insanlarda inam yaratmaq və platformaya yeni üzvlər cəlb etmək məqsədilə zərərçəkənlərin hesablarına bir neçə dəfə kriptovalyuta formasında simvolik məbləğlərdə ödənişlər də köçürüblər.

Şirnikləndirici təkliflərə aldanan şəxslər isə daha çox gəlir əldə etmək niyyətilə həmin dələduzluq piramidasına böyük məbləğlərdə pul vəsaiti göndəriblər. Sonda isə zərərçəkənlərin külli miqdarda pulunu ələ keçirən dəstə üzvləri “Zuerx” piramidasının fəaliyyətini dayandırıblar.

Faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.

“Bir daha vətəndaşlara onlayn platformalarda qarşılaşa biləcəkləri və heç bir iqtisadi əsaslara söykənməyən piramida dələduzluq sxemlərinə, həmçinin kriptoyatırım adı altında yüksək faizli gəlir təklif edən tətbiqlərə inanmamağı tövsiyyə edirik” -  nazirliyin məsələ ilə bağlı müraciətində vurğulanıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.