Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Goranboyda qəzada yaralananların siyahısı açıqlandı - Yenilənib-Video

Baxış: 153
Goranboyda qəzada yaralananların siyahısı açıqlandı - Yenilənib-Video


Goranboy rayonunda yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, rayonun Balakürd kəndində “VAZ” və “Mercedes” markalı avtomobillərinin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Goranboy rayonunda avtomobil qəzasında xəsarət alan yaralıların açıqlanıb. 
Əldə etdiyimiz məlumata görə, hadisə nəticəsində 2004-cü il təvəllüdlü Günel Mustafayeva, 1987-ci il təvəllüdlü Sadiq Mustafayev, 1998-ci il təvəllüdlü Vüsal Kazımov,  2005-ci il təvəllüdlü Türkan Məmmədbəyli, 2012-ci il təvəllüdlü Süleyman Mustafazadə, 2004-cü il təvəllüdlü Fazil Əliyev, 2013 -cü il təvəllüdlü Yusif Mustafayev xəsarət alıb.
***
FHN-dən saytımıza verilən məlumata görə, nazirliyinin “112” qaynar telefon xəttinə Goranboy rayonunun Balakürd kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “VAZ 2107” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və iki nəfər deformasiyaya uğramış “Mercedes” markalı avtomobildə sıxılı vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaşları xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Yunis Quliyev




Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.