Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Zaqatalada itlər kütləvi şəkildə güllələnib - Video

Baxış: 210
Zaqatalada itlər kütləvi şəkildə güllələnib - Video


Zaqatala şəhəri, Danaçı massivində, zibillik ərazidə itlər kütləvi şəkildə güllələnib. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, itlərin tələf olması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılır.
Zaqatala Rayon İcra Hakimiyyətinin "qaynar xətt"i ilə əlaqə saxladıqda Oxu.Az-a bildirildi ki, itlərin güllələnməsi ilə bağlı məsələ araşdırılacaq:
"Hazırda itlərlə bağlı çox sayda şikayət var. Onların sayı birdən-birə artıb. Hamısı da böyük itlərdir. İnsanlar çölə çıxanda, uşaqlar dərsə gedəndə qorxurlar. Kimsə itləri bu səbəbdən güllələmiş və ya zəhərləmiş ola bilər. Məsələ araşdırılacaq".
Qeyd olunub ki, Zaqatala Rayon İcra Hakimiyyətində baytarlıq tədbirləri görülür:
"İtlərin saxlanması üçün şəhər ərazisində xüsusi yerlər var. Burada itlər müəyyən müddət saxlanılır, müalicələri edilir. Həmin yerdə təxminən 200-ə yaxın it var. İtlərin güllələnməməsi ilə bağlı maarifləndirmə tədbirləri görülür".


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.