Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Estoniya Prezidenti: “Şadam ki, universitetlərimizdə daha çox azərbaycanlı təhsil alır” - FOTO

Baxış: 238
Estoniya Prezidenti Alar Karis Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüş keçirib.
Sahibkartv.Az-ın məlumatına əsasən, bununla bağlı Alar Karis özünün “Facebook” səhifəsində məlumat verib.
Prezident deyib ki, Sahibə Qafarova ilə iki ölkə arasındakı əməkdaşlığı və təhlükəsizlik mühitini müzakirə edib.
“Biz həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyinin təmin edilməsini müzakirə etdik”, - deyə Alar Karis qeyd edib.
Alar Karisin sözlərinə görə, Estoniya ilə Azərbaycanı təhsil və informasiya texnologiyaları sahəsində sıx əməkdaşlıq bağlayır və bu əməkdaşlıq gənclərə yönəlib.
“Mən şadam ki, Estoniya universitetlərində getdikcə daha çox azərbaycanlı təhsil alır”, - deyə Alar Karis bildirib.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.