Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO

Baxış: 99
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasında səsləndirdiyi şeir ölkənin sabiq Baş naziri Binali Yıldırımı kövrəldib.
 Türkiyə mətbuatı xəbər verir ki, Ərdoğan Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib.
Çıxışı zamanı Qəzzadakı vəziyyətə toxunan Türkiyə Prezidentinin fikirləri zalda alqışlarla qarşılanıb. Bu zaman İsrail nümayəndə heyətinin zalı tərk etdiyi müşahidə olunub.

Ərdoğan çıxışının sonunda türk şairi Sezai Karakoçun "Onlar elə bilirlər ki..." şeirindən parçalar səsləndirib. Şeirin oxunması zamanı zalda əyləşən Türkiyənin sabiq Baş naziri,  Ərdoğanın ən yaxın silahdaşlarından olan Binəli Yıldırım duyğulanaraq göz yaşlarını saxlaya bilməyib.

Həmin anlar kameralara əks olunub. Ərdoğan şeiri tamamladıqdan sonra zalda yenidən alqışlar səslənib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.