
Qərb Sənaye Parkında Pellet və İsti Briketlənmiş Dəmir (İBD) istehsalı müəssisələri fəaliyyətə başlayacaq.
Bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda qeyd olunub.
Proqrama əsasən, nəticədə yerli və idxal olunan xammal hesabına illik 2 milyon ton İBD istehsal gücü yaradılacaq.
Ümumilikdə, Daşkəsən dəmir filizi yataqları əsasında illik 1 milyon ton İBD istehsalını təmin edəcək xammal bazası yaradılacaq.
İstehsal olunan İBD-nin bir hissəsinin ölkədaxili metallurgiya müəssisələrində mərhələli şəkildə xammal kimi istifadəsi nəzərdə tutulur.







































