Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq

Baxış: 72
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq


Azad edilmiş ərazilərdə qızıl, mis, molibden yataqlarının istismara hazırlanması ilə bağlı konkret mexanizmlərin tətbiq olunması mədənçıxarma sənayesinin ishtehsal həcmini daha da artıracaq.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramını şərh edərkən deyib.

O bildirib ki, sözügedən proqramın qəbul olunması ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafına xüsusi töhvə verəcək: "Dövlət Proqramının icrası nəticəsində 5 mindən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur. Bu isə məşğulluğa xüsusi töhvə deməkdir. Yeni iş yerlərinin əksəriyyəti bölgələrimizin payına düşəcək".

Millət vəkilinin sözlərinə görə, mədənçıxarma sənayesində istehsal həcmi ilə bağlı göstəricilərə gəldikdə, 2025-ci ildə sözügedən sektorda 37 milyard manatlıq məhsul ishtehsal olunub:

"Azalma tendensiyası isə xam neft və qaz üzrə qeydə alınıb. Belə ki, bu sektor üzrə ishtehsal 2025-ci ildə əvvəlki ilə nisbətən 38,2 milyard manatdan 33,3 milyard manatadək azalıb. 

Metal filizlərinin hasilatı isə ötən il 2 dəfə artıb. 2024-cü ildə 383 milyon manatlıq metal filizləri hasil edilmişdirsə, bu göstərici 2025-ci ildə 730 milyon manatadək yüksəlib. Mədənçıxarma sənayesi sahəsinə göstərilən xidmətlərin həcmi 2025-ci ildə artaraq 2,7 milyard manata çatıb. 2024-cü ildə bu göstərici 2,5 milyard manat idi".

"Dövlət Proqramının icrasının bu sahə üzrə göstəriciləri əhəmiyyətli dərəcədə dəyişəcəyi gözlənilir. Belə ki, yeni Proqam nəticəsində illik 1 milyard manatdan çox əlavə dəyərin yaradılması proqnozlaşdırılır", - deyə V. Bayramov əlavə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.