Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?

Baxış: 63
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?


Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün hazırda ABŞ-dadır. Hökumət başçısının ABŞ səfəri regionda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və Vaşinqtonda əldə olunan razılaşmaların icrası ilə bağlı proseslərin davam etdiyi bir dövrə təsadüf edir. Bu baxımdan Paşinyanın BMT çərçivəsində keçirəcəyi görüşlərdə Ermənistanın xarici siyasət prioritetləri ilə yanaşı, Azərbaycanla sülh prosesi, regionda kommunikasiyaların açılması və Ermənistanın təhlükəsizlik gündəminin də müzakirə mövzusu olması diqqət çəkir.

Paşinyanın Nyu-York səfərində Ermənistanla bağlı hansı məsələlər əsas müzakirə mövzusuna çevrilə bilər Azərbaycan-Ermənistan sülh prosesi və regiondakı kommunikasiyalarla bağlı hansı mesajların səslənməsi gözlənilir?

Politoloq Əli Orucov Musavat.com-a dedi ki, Paşinyan adəti üzrə bütün beynəlxalq platformalarda və tədbirlərdə Ermənistanı sülh göyərçini kimi təqdim edib: "Onun BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirakla bağlı səfəri çərçivəsində də eyni xətt davam etdiriləcək. Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin əldə olunması üçün İrəvanın səylərini xüsusi ilə qabardılacağı gözlənilir. Lakin digər məsələlərə də diqqət ayıracağı, xüsusən də Rusiya ilə bağlı yaranmış durum onun portfelində olacaq. Çünki son dövrlər Moskva tərəfindən küncə sıxışdırılan Ermənistan beynəlxalq dəstək almağa və mövqeyini möhkəmləndirməyə çalışacaq. Hal-hazırda düşüncələrinə görə İrəvanın üç prioriteti var. Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulması sülh prosesi, Qərbə inteqrasiya və təhlükəsizlik məsələləri. Bunların üçü də zəncirvari olaraq bir-biriylə bağlıdır. Birini təmin etmədən digərlərinə çatmaq mümkün deyil. Regional kommunikasiyaların taleyi də məhz bunlarla bağlıdır".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.