Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA

Baxış: 63
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA


İllik inflyasiya hədəf diapazonu daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir.
Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında qeyd olunub. 

Bildirilir ki, 2026-cı ilin avqust ayında 12 aylıq inflyasiya 5,7% təşkil edib ki, bu da iyuldakı analoji göstəriciyə nəzərən 0,1 faiz bəndi aşağıdır.

İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,2%, ödənişli xidmətlər üzrə 5,0%, qeyri-qida məhsulları üzrə isə 3,7% olub. İllik baza inflyasiya 5,1% təşkil edib.

Mərkəzi Bankın ortamüddətli dövrdə illik inflyasiyanın hədəf diapazonu daxilində olacağı ilə bağlı proqnozu dəyişməz qalır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.