Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakı məktəbində dəhşət: Şagird dərs zamanı necə ölüb? - DETALLAR

Baxış: 171
Bakı məktəbində dəhşət: Şagird dərs zamanı necə ölüb? - DETALLAR


Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın 225 nömrəli tam orta ümumtəhsil məktəbində VII sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) məktəbin pəncərəsindən yıxılmasının detallarını açıqlayıb.
Ölkə.az-ın sorğusuna cavab olaraq idarədən bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal hadisə yerinə təcili tibbi yardım çağırılıb.

"Təəssüf ki, aldığı xəsarət nəticəsində şagird dünyasını dəyişib", - rəsmi məlumatda qeyd olunub.  

Bildirilib ki, hadisə ilə əlaqədar şagirdin ailəsinə və aidiyyəti qurumlara məlumat verilib:

"Məsələ müvafiq qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. 

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur".

Oxu.az-ın xəbərinə  görə, hadisə məktəbin 4-cü mərtəbəsində 3-cü dərs zamanı baş verib. Həmin vaxt G.Dadaşovanın sinif yoldaşları fiziki tərbiyə dərsində olublar, G. isə dərsə qatılmayıb.

Məlumata görə, G.Dadaşovanın anası bir müddət əvvəl vəfat edib və o, xalasının himayəsində yaşayıb.

***

10:40

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.

Ölkə.az Oxu.az-a istinadən xəbər verir ki, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb.

Hadisə nəticəsində şagird həyatını itirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.