Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda ilk dəfə 3 universitet TOP 800-ə daxil olub

Baxış: 63
Azərbaycanda ilk dəfə 3 universitet TOP 800-ə daxil olub


"Quacquarelli Symonds" (QS) beynəlxalq reytinq agentliyi tərəfindən "QS dünya universitetləri reytinqi"nin nəticələri açıqlanıb.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nəticələrə əsasən, ölkə tarixində ilk dəfə 3 universitetimiz sözügedən reytinqin TOP 800-lüyündə yer alıb. Eyni zamanda TOP 1000-də təmsil olunan universitetlərimizin sayı 6-dan 7-yə yüksəlib. Ümumilikdə isə reytinqdə yer alan Azərbaycan universitetlərinin sayı 10-a çatıb.

Bakı Dövlət Universiteti 123 pillə irəliləyərək dünyada 565-ci yerdə qərarlaşıb. Azərbaycan Dövlət İqtisad Universiteti 801–850 aralığından 634-cü yerə, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə 851–900 aralığından 711–720 aralığınadək yüksəlib.

Bununla yanaşı, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və ADA Universiteti mövqelərini yaxşılaşdıraraq sözügedən reytinqdə irəliləyiblər. Sumqayıt Dövlət Universiteti öz mövqeyini qoruyub saxlayıb, Azərbaycan Dövlət Pedaqoji Universiteti isə sözügedən reytinqə ilk dəfə daxil olub.

Sözügedən reytinqdə Azərbaycan universitetlərinin sayı Cənubi Qafqaz regionunun digər ölkələrindən reytinqə daxil olan universitetlərin toplam sayından 2.5 dəfə çoxdur.

Qeyd edək ki, 2025-ci ilədək Azərbaycan universitetləri dünya reytinqlərində TOP 800-lükdə təmsil olunmayıb. 2025-ci ildə ilk dəfə 1 universitetimiz TOP 800-ə daxil olub, 2026-cı ildə isə onların sayı 3-ə çatıb.

Sözügedən reytinqə dünyanın 106 ölkəsi üzrə 1500-dən çox universitet daxil edilib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.