Məktəblərimizdə erməni dili tədris edilsinmi? - iki mövqe
Tarix: 6-11-2025, 15:30
/
Baxış: 243
İlham İsmayıl: “Məktəblərimizdə erməni dilinin hətta qısa - bir və ya iki il tədrisinin belə lazım olduğunu düşünmürəm”
Ermənistanın 3 dövlət məktəbində növbəti tədris ilindən Azərbaycan dili kursları təşkil olunacaq. 2025-2026-cı tədris ilindən etibarən həyata keçiriləcək bu təşəbbüs çərçivəsində 10-12-ci sinif şagirdləri üçün Azərbaycan və türk dilləri, 5-ci sinifdən isə fars və gürcü dilləri tədris olunacaq. Proqram könüllülük əsasında tətbiq ediləcək və onun həyata keçirilməsi ixtisaslı müəllimlərin mövcudluğundan asılı olacaq.
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə Modern.az-a deyib ki, Ermənistanda Azərbaycan dili fənninin tədrisi uzunmüddətli perspektivdə qarşılıqlı anlaşmanın və dialoqun möhkəmlənməsinə gətirib çıxara bilər.
Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov isə bildirib ki, Azərbaycandakı orta məktəblərdə erməni dilinin tədrisi istiqamətində addımlar atıla bilər və bu, olduqca vacibdir: “Uzun illərdir ki, Ermənistan Azərbaycanla bağlı müxtəlif layihələr həyata keçirir. Qeyd etmək lazımdır ki, Ermənistan artıq çoxdan Azərbaycanla bağlı elmi tədqiqatlar aparır, ölkəmizi öyrənir. Bu gün bizim də eyni istiqamətdə ciddi addımlar atmağımıza ehtiyac var”.
Deputat həmçinin vurğulayıb ki, biz də Ermənistanı dərindən öyrənməli, onun tarixini, cəmiyyətini, siyasətini və mədəniyyətini ciddi şəkildə araşdırmalıyıq.
Azərbaycandakı orta məktəblərdə də erməni dilinin tədrisi mümkündürmü? Təhlükəsizlik baxımından nə dərəcədə önəmlidir?
Mövzu ilə bağlı keçmiş Milli Təhlükəsizlik Nazirliyinin təqaüddə olan polkovnik-leytenantı, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, Azərbaycanda bütün orta məktəblərdə erməni dilinin tədrisi zəruri deyil: “Erməni dilinin öyrənilməsi müəyyən situasiyalarda fəaliyyət göstərən şəxslərə və strukturlara aiddir, məsələn, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Müdafiə Nazirliyi və sərhəd xəttində xidmət göstərəcək xüsusi təyinatlı şəxslər üçün. Bu kateqoriyadan olan insanların erməni dilini bilməsi perspektiv üçün vacibdir. Buna görə də erməni dilinin öyrədilməsi xarici dil kimi xüsusi və ixtisaslaşmış təlim şəklində təşkil olunmalıdır. Bəlkə bunun üçün gələcəkdə xüsusi sinif və ya ixtisaslaşmış məktəb yaradıla bilər, amma ümumilikdə tədris sistemimizdə erməni dilinin geniş tədrisini vacib hesab etmirəm.
Ümumiyyətlə, uşaqların ingilis, fransız, ərəb kimi dünyada daha çox istifadə olunan xarici dilləri öyrənməsi daha səmərəlidir və gələcək üçün daha çox perspektiv yaradır. Məktəblərimizdə erməni dilinin hətta qısa - bir və ya iki il tədrisinin belə lazım olduğunu düşünmürəm".
İlham İsmayıl Ermənistan məktəblərində Azərbaycan dilinin tədris olunmasına isə bu cür mövqe bildirib: “Ermənistanda bəzi dövlət məktəblərində Azərbaycan dilinin tədrisi qəbul edilə bilər və bu, normal bir addımdır. Görünən odur ki, bu, bütün məktəblərdə deyil, yalnız üç məktəbdə tətbiq edilir. Ola bilər ki, onların da məqsədi gələcəkdə sərhəddə və ya müəyyən qurumlarda istifadə üçün kadr hazırlamaqdır.
Eyni zamanda bu addımı xoş niyyət kimi də qiymətləndirmək lazımdır, perspektivdə Azərbaycan dilinin öyrənilməsi kommunikasiya və sülhə xidmət edə bilər. Hər halda, dövlətlər bu kimi məsələlərdən öz maraqları üçün istifadə edirlər. Ermənistan da bunu edə bilər və bizim də aidiyyəti qurumlarımız buna reaksiyalar verirlər.
Əgər Ermənistan bu addımı açıq və səmimi şəkildə - təxribata və ya gizli planlara xidmət etməyən, xoş niyyətli bir təşəbbüs kimi izah edirsə, biz də bununla bağlı açıq və ölçülü mövqe nümayiş etdirməli, qarşı tərəfə qarşı çox kəskin reaksiyalar göstərməkdən çəkinməliyik ki, onlara “Azərbaycan sülh istəmir” kimi bəhanə yaranmasın. Bu məsələdə bir qədər ehtiyatlı və nümunəvi davranmaq daha məqsədəuyğun olar".
Digər xəbərlər
Xəbər lenti
12:40
05-12-2025
05-12-2025
12:27
05-12-2025
05-12-2025
11:31
05-12-2025
05-12-2025
10:59
05-12-2025
05-12-2025
10:52
05-12-2025
05-12-2025
10:20
05-12-2025
05-12-2025
10:05
05-12-2025
05-12-2025
09:56
05-12-2025
05-12-2025
09:41
05-12-2025
05-12-2025
09:33
05-12-2025
05-12-2025
09:00
05-12-2025
05-12-2025
21:18
04-12-2025
04-12-2025
19:14
04-12-2025
04-12-2025
18:31
04-12-2025
04-12-2025
17:49
04-12-2025
04-12-2025
17:33
04-12-2025
04-12-2025
16:53
04-12-2025
04-12-2025
16:00
04-12-2025
04-12-2025
Ən çox baxılanlar
Sahibkarlıq
“Toxumdan Ticarət Rafına: Kənd Sahibkarlığının Gələcək Yolu Rəqəmsallaşır”
04-12-2025 22:11
/
135
“Heyvandarlıqdan Premium Ət Brendinə: Fermer Sahibkarların Yeni Gəlir Modeli”
04-12-2025 21:48
/
108
“Balıqçılıqda Sahibkarlıq İnqilabı: Dənizdən Birbaşa Brend Masasına”
04-12-2025 21:18
/
117
“Kənd Tərəvəzindən Premium Qida Satışına: Fermer Sahibkarlığında Dəyişən Trendlər”
04-12-2025 20:43
/
117
“Meyvə Yığımını Təbii Brendə Çevirən Sahibkar Fermerlərin Yeni Bazarı”
04-12-2025 20:33
/
126
“Əkin Biçinindən Brend Məhsula: Sahibkarlığın Kənddən Başlayan Dəyişimi”
04-12-2025 20:16
/
144

































