Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Məktəblərdə telefon işlətmək qadağan edildi

Baxış: 158
Məktəblərdə telefon işlətmək qadağan edildi


Hazırda ölkə üzrə təxminən 300 məktəbdə şagirdlər üçün davranış qaydalarına əsasən dərs zamanı mobil telefonlardan istifadəyə məhdudiyyət qoyulub.

Bu barədə jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov məlumat verib.

O qeyd edib ki, həmin qaydaların bütün ümumtəhsil müəssisələrində tətbiq olunması istiqamətində son mərhələyə daxil olunub.

"Qısa müddət ərzində bu qaydaların bütün ölkə məktəblərində tam şəkildə tətbiqinə başlanacaq",- deyə Eşqi Bağırov bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.