Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Boş qalan məktəbəqədər təhsil qrupları bağlanacaq

Baxış: 143
Boş qalan məktəbəqədər təhsil qrupları bağlanacaq


"Bölgələrdə məktəbəqədər təhsil müəssislərədə boş yerlərin, Bakıda isə gözləyənlərin sayı çoxdur". 
Bunu Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair brifinqdə deyib.

"Hansısa bölgədə bir qrup tamamilə boşdursa, onun maliyyəsini Bakıda gözləyənlər üçün yönəltməyi düşünürük"- o deyib.

Nazir əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzurda 7 məktəbəqədər təhsil müəssisəsində 243 uşaq təhsilə cəlb olunub və bu müəssisələrdə 82 işçi var.

E.Əmrullayev deyib ki, sözügedən bölgələrdə bu il 6 məktəbəqədər təhsil müəssisəsi istifadəyə veriləcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.