Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nazirlik adından saxta məlumatlar yayılır

Baxış: 157
Nazirlik adından saxta məlumatlar yayılır


Azərbaycanda Elm və Təhsil Nazirliyi adından saxta məlumat yayılır. Məlumat vətəndaşlara sosial şəbəkə və "messenger"lər vasitəsi ilə göndərilir. 

Modern.az məlumatına görə, rəsmi bildiriş adına göndərilən ünvan belə, mövcud deyil. 

Saxta məlumatı olduğu kimi sizə təqdim edirik:

"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
RƏSMİ BİLDİRİŞ
№ 217/2025 | 01.07.2025

Azərbaycan Respublikasında aparılan yeni təhsil islahatları və “Milli Təhsil – 2030” proqramı çərçivəsində 2025/2026-cı tədris ilindən etibarən ali təhsil müəssisələrində rus dilində tədris mərhələli şəkildə dayandırılacaq.
Yeni qərara əsasən, bütün ixtisaslar üzrə tədris yalnız azərbaycan və ingilis dillərində aparılacaq. Bu dəyişiklik milli kimliyin möhkəmləndirilməsi və beynəlxalq təhsil sisteminə inteqrasiyanın gücləndirilməsi məqsədilə həyata keçirilir.
Əsas müddəalar:
1. Hal-hazırda rus sektorunda təhsil alan tələbələr 2025-ci il avqustun 20-dək azərbaycan dili üzrə dil imtahanı verməlidirlər.
2. İmtahandan uğurla keçən tələbələr müvafiq olaraq azərbaycan dilində tədris olunan ixtisasa keçiriləcəklər.
3. Dil biliyini təsdiq edə bilməyən tələbələr təhsillərini davam etdirə bilməyəcəklər.
4. Əlavə olaraq, avqustun 5-dən etibarən tələbələrin istəyi ilə ingilis dilində tədrisə keçmək imkanı üçün onlayn dil attestasiyası təşkil olunacaq (yerlərin mövcudluğu nəzərə alınmaqla).
5. Məzun ərəfəsində olan (bakalavr və magistratura üzrə) tələbələr, akademik borcları olmadığı və 10 iyul 2025 tarixinədək dekanlığa müraciət etdikləri halda təhsillərini cari dildə başa vura bilərlər.
Tələbələrdən xahiş olunur ki, rəsmi elanları diqqətlə izləsinlər və keçid dövrünə hazır olsunlar.

Əlavə məlumat üçün universitetin qəbul komissiyasına və ya nazirliyin rəsmi elektron ünvanına müraciət edə bilərsiniz: [email protected]

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
Bakı şəhəri, Lətif Hacıyev küçəsi".

Sayt yazır ki, redaksiyalarına rəsmi qurumlardan verilən məlumata görə, rusdilli məktəblərin fəaliyyəti ölkəmizdə dayandırılacaq. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.