Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bu gün "Son zəng"dir

Baxış: 118
Bu gün "Son zəng"dir


Bu gün Azərbaycanda ümumi təhsil müəssisələrində "Son zəng" çalınacaq.

Elm və Təhsil Nazirliyinin məlumatına əsasən xəbər verir ki, 2024-2025-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 113 000 nəfərə yaxın şagird məzun olur.

Onlardan 54 000 nəfərə yaxını qız, 58 000 nəfərdən çoxu isə oğlandır.

Təlimata əsasən məktəblərdə "Son zəng" tədbiri saat 10-da başlayıb, ən gec saat 12:00-da yekunlaşmalıdır.

Qeyd edək ki, “Son zəng” ümumtəhsil məktəblərində dərs ilinin başa çatmasını elan edən ənənəvi tədbirdir. Azərbaycanda bu tədbir 2005-ci ilə qədər mayın 25-də, 2005–2016-cı illərdə mayın 31-də, 2017-ci ildən etibarən isə iyunun 14-də keçirilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.