Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

AQTA bu il ölkə ərazisində heyvan satış mərkəzlərində 10 min monitorinq keçirib

Baxış: 206


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə heyvan satış məntəqələrində mütəmadi olaraq monitorinqlər keçirir.
"Sahibkartv.az" xəbər verir ki, bunu AQTA-nın Aparat rəhbəri Elxan Mikayılov deyib.
Onun sözlərinə görə, agentlik əməkdaşları təkcə bu il ölkə ərazisində heyvan satış mərkəzlərində 10 min monitorinq keçirib:
"Monitorinqlər zamanı yüzlərlə qanunsuz heyvan satışı aşkarlanıb. Qanunsuz kəsim məntəqələrindən nümunələr götürülüb və AQTA laboratoriyalarında analiz edilib. Həmin nümunələrdən insan sağlamlığına zərərli və təhlükəli maddələr aşkarlanıb. Bu məsələdə təkcə aidiyyəti orqanlar deyil, sahibkarlar da maraqlı olmalıdır".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.