Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyənin hərbi rəhbərliyi Şuşada - FOTO

Baxış: 99
Türkiyənin hərbi rəhbərliyi Şuşada - FOTO


Türkiyənin müdafiə naziri Yaşar Gülər Azərbaycanın ev sahibliyi etdiyi, Türkiyə və Özbəkistanın iştirakı ilə keçirilən “Birliyin Gücü-2026” təliminin “Seçkin müşahidəçi günü” tədbirlərində iştirak edir.
Yaşar Gülər Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ercüment Tatlıoğlu, Quru Qoşunları komandanı ordu generalı Metin Tokel və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Rafet Dalkıranla birlikdə Şuşada təlimin keçirildiyi əraziyə gedib.

Yaşar Gülər Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla birlikdə təlim ərazisində nümayiş etdirilən və təlim zamanı istifadə olunan silah, sursat və texnikalara da baxış keçirib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.