Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Zakir Həsənov Serbiyadadır - Fotolar

Baxış: 45
Zakir Həsənov Serbiyadadır - Fotolar


Müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyada rəsmi səfərdədir.

Bununla bğlı Müdafə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, əvvəlcə Azərbaycan nümayəndə heyəti Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini, eləcə də Milika Rakiçə həsr olunmuş memorial kompleksini ziyarət edib, önünə əklillər qoyub.

Sonra səfərin proqramına əsasən, Zakir Həsənov Serbiyanın müdafiə naziri cənab Bratislav Qaşiç ilə görüşüb.

Protokola uyğun olaraq təşkil edilən rəsmi qarşılanma mərasimdə hər iki ölkənin müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçiblər.

Azərbaycan və Serbiyanın Dövlət himnləri səsləndirilib.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, səfər çərçivəsində müdafiə nazirinin Serbiyanın Buyanovats şəhəri yaxınlığında keçirilən “Platinum Wolf - 2026” beynəlxalq taktiki təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirakı planlaşdırılıb.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.