Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Diplomat olmaq istəyənlərin - Nəzərinə!

Baxış: 45
Diplomat olmaq istəyənlərin - Nəzərinə!


Xarici İşlər Nazirliyində (XİN) diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyatda yenilik edilib.

Bu barədə XİN-in rəsmi “X” hesabında paylaşım edilib.

Bildirilib ki, müsabiqədə iştirak üçün müraciətlərə baxılması qaydalarında əlavə yenilik tətbiq olunub.

Belə ki, cari tədris ilinin sonuna qısa müddət qaldığı, ali təhsilini başa vurmaqda olan şəxslərin çoxsaylı müraciətləri, həmçinin mərhələli müsabiqə prosesinin müddəti nəzərə alınaraq, ali təhsilini cari tədris ilində başa vuran tələbələrin müsabiqədə iştirak üçün qeydiyyata buraxılmasına şərait yaradılıb. Bununla əlaqədar Dövlət İmtahan Mərkəzi (DİM) ilə birlikdə qeydiyyat sistemində müvafiq texniki uyğunlaşdırma aparılıb.

Bu yeniliklə əlaqədar müsabiqə prosesinin digər mərhələlərində və ümumi şərtlərində hər hansı əlavə dəyişiklik nəzərdə tutulmur. Belə ki, müsabiqə mərhələlərinin nəticələrindən asılı olaraq, yekunda uğur qazanan namizədin işə qəbul olması üçün müəyyən edilmiş sənədlərin (o cümlədən, müvafiq ixtisas üzrə ali təhsil barədə təsdiqedici sənədlər) təqdim edilməsi zəruridir.

Müsabiqədə iştirak etmək üçün DİM-in internet portalında “Xarici İşlər Nazirliyinə qəbul üzrə müsabiqədə iştirak etmək üçün onlayn qeydiyyat xidməti” mövcuddur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.