Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Azərbaycan Alüminiumu” ASC ləğv edilir

Baxış: 54
“Azərbaycan Alüminiumu” ASC ləğv edilir


“Azərbaycan Alüminiumu” Açıq Səhmdar Cəmiyyəti ləğv edilir.

“Bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamda əksini tapıb.

Sərəncama əsasən, “Azərbaycan Alüminiumu” Açıq Səhmdar Cəmiyyətinin aktivlərinin “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verilməsi təmin ediləcək.

Həmçinin, “Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyəti kreditor borclarının, habelə dövlət təşkilatlarına olan və “Azərbaycan Alüminiumu” Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair Müqavilə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 31 mart tarixli 678 nömrəli Sərəncamına əsasən ödənilməsinə 25 il möhlət verilmiş, eləcə də Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu qarşısında yaranmış borclarının silinməsi ilə bağlı zəruri tədbirlər görməli; Vergi Məcəlləsinə uyğun olaraq vergi öhdəliyinə xitam verilməsi ilə bağlı zəruri tədbirlər görməlidir.

Maliyyə Nazirliyi, “Azərbaycan Alüminiumu” Açıq Səhmdar Cəmiyyəti ləğvi nəzərə alınmaqla “Azərbaycan Alüminiumu” Açıq Səhmdar Cəmiyyətinin qeyri-dövlət təşkilatları qarşısında təsdiq edilmiş borclarının qaytarılmasını Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti və ya qanunda nəzərdə tutulan digər maliyyə mənbələri hesabına müvafiq təsdiqedici sənədlər təqdim edildiyi tarixdən bir ay müddətində təmin edəcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.