Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Qarabağ danışıqlarında Oskanyan mənə dedi ki, Elmar, elə bilirsən…” - Məmmədyarov ilk dəfə AÇIQLADI

Baxış: 252
“Qarabağ danışıqlarında Oskanyan mənə dedi ki, Elmar, elə bilirsən…” - Məmmədyarov ilk dəfə AÇIQLADI


“Paşinyan populist adam idi. İndi də elədir”.

Bu fikirləri sabiq xarici işlər naziri Elmar Məmmədyarov İTV-nin efirində yayımlanan “Təmas xətti” sənədli filmində deyib.

O qeyd edib ki, Ermənistanın özündə də Azərbaycanla sülhün əslində onlar üçün nə qədər əhəmiyyətli olduğunu bilirdilər.

Ona görə də Paşinyan 2018-ci ildə Şuşaya oynamağa gedəndə dərindən başa düşmürdü ki, nə qədər ağır məsələdir. Bu da onun evini yıxdı.

Praqa görüşündə isə o, təkamül keçirdi və dedi ki, “biz Azərbaycanla sülh imzalamalıyıq”.

Praqa məsələsində isə maraqlı bir məqam var idi. O zaman Vardan Oskanyan nazir idi. Bizim təkbətək görüşümüz zamanı o, mənə dedi:

“Elmar, elə bilirsən biz ağılsız adamlarıq? Biz bilmirik ki, Azərbaycanla, Türkiyə ilə sülh müqaviləsi bağlamasaq, Ermənistanın gələcəyi yoxdur?”

Cənab Prezident düzgün tələb qoydu ki, ilk növbədə Ermənistan konstitusiyasını dəyişməlidir. Çünki Paşinyan bu gün var, sabah yoxdur. Onun yerinə gələn hər hansı bir İvanyan deyə bilər ki, “bizim konstitusiyada belə bir şey yoxdur”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.