Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bayram Beqay Prezident İlham Əliyevə zəng edib

Baxış: 158
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib


Avqustun 12-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata əsasən, Bayram Beqay Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, həmçinin ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin və digər sənədlərin imzalanması ilə bağlı dövlət başçısını təbrik edib.

O, bu prosesdə nümayiş etdirdiyi əzmə və liderliyə görə Azərbaycan Prezidentinin rolunu xüsusi vurğulayıb. Eyni zamanda, Bayram Beqay ABŞ Prezidentinin prosesə verdiyi dəstəyi yüksək qiymətləndirib.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib. Dövlət başçısı regionda sülh gündəliyinin təşəbbüskarının və sülh müqaviləsinin mətninin müəllifinin də məhz Azərbaycan olduğunu vurğulayıb, Vaşinqtonda keçirilmiş görüş əsnasında qəbul edilmiş sənədlərin sülh gündəliyinin irəli aparılması baxımından önəminə toxunub. Prezident İlham Əliyev bu prosesə göstərdiyi dəstəyə görə ABŞ Prezidentinin rolunu qeyd edib.

Telefon söhbəti zamanı Azərbaycanın ilə Albaniyanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və qarşılıqlı dəstəyi yüksək qiymətləndirilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.