Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qarabağ bizə nümunədir! Azərbaycan göstərdi ki... - Qordon

Baxış: 169
Qarabağ bizə nümunədir! Azərbaycan göstərdi ki... - Qordon


“Qarabağın qaytarılması, Ukrayna üçün nümunədir. Şuşada olarkən Mariupol və Yaltanı düşünürdüm”
Ukraynalı tanınmış jurnalist və publisist Dmitri Qordon Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlərlə diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycan Qarabağı azad etməklə Ukrayna üçün mühüm bir nümunəyə çevrilib:

“Azərbaycan Ukrayna üçün böyük nümunədir. Azərbaycan bizə göstərdi ki, hər kəs "siz bu torpaqları geri qaytara bilməzsiniz" deyəndə, — mən Qarabağı nəzərdə tuturam, — hətta dostlar və tərəfdaşlar belə mübarizədən vaz keçməyi tövsiyə edəndə, azərbaycanlılar səbirlə, planlı, ağıllı şəkildə hazırlaşdılar və torpaqlarını geri aldılar.”

Dmitri Qordon Şuşada çəkdirdiyi fotolarla bağlı da duyğularını bölüşüb:

“Şuşada – Azərbaycanın Qarabağındakı bu gözəl şəhərdə şəkil çəkdirəndə düşündüm ki, mütləq Mariupolda, Donetskdə, Luqanskda, Simferopolda və Yaltada da şəkil çəkdirəcəyəm. Azərbaycanda olarkən daim öz yurdum haqqında düşünürdüm.”

O, Azərbaycanın Ukrayna üçün bir başqa örnək olduğunu da vurğulayıb:

“Azərbaycan korrupsiyaya qarşı qətiyyətli mübarizəsi, həqiqi vətəndaşlıq mövqeyi, ağıllı və balanslaşdırılmış siyasəti ilə nümunədir. Bu gün beynəlxalq arenada Azərbaycanla hesablaşırlar.”

Qordon sonda Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib:

“Bu möhtəşəm ölkədə ola bildiyim üçün xoşbəxtəm”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.