Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan və Gürcüstan Baş nazirlərinin görüşü olub

Baxış: 208
Azərbaycan və Gürcüstan Baş nazirlərinin görüşü olub


Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın Baş naziri Əli Əsədovla görüşüb.

Report xəbər verir ki, bu barədə Gürcüstan Hökumət Aparatının mətbuat xidməti məlumat yayıb.

Ə.Əsədov gürcü həmkarını oktyabrın 26-da parlament seçkilərində hakim komandanın qələbəsi və baş nazir vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib, seçkilərin nəticələrinin gürcü xalqının iradəsini bir daha nümayiş etdirdiyini vurğulayıb.

Tərəflər həmçinin Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əsas istiqamətləri və iki ölkənin iqtisadi əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın iclasında müzakirə olunacaq məsələlər haqqında danışıblar.

Görüşdə Gürcüstanla Azərbaycan arasında müxtəlif sahələrdə mövcud olan yaxın əməkdaşlığın inkişaf edən müsbət dinamiki qeyd edilib, bölgədə sülh və sabitliyin əhəmiyyəti vurğulanıb.

Baş nazir Gürcüstanın üçtərəfli dialoqa və regional əməkdaşlığın inkişafına dəstək verməyə hazır olduğunu söyləyib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.