Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Kreml Prezident İlham Əliyevin təklifini dəstəklədi

Baxış: 205
Kreml Prezident İlham Əliyevin təklifini dəstəklədi


ATƏT Minsk Qrupunun həmsədrləri olan amerikalılar və fransızlar 2022-ci ilin fevralında rusiyalı həmkarları ilə, rusiyalı həmsədrlərlə əlaqəni dayandırıblar.  

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan Prezidenti İlham Əliyevin ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı təklifini şərh edərkən deyib.

Onun sözlərinə görə, onlar bundan öz təşəbbüsləri ilə imtina ediblər.

“Bütün bunlarla yanaşı, bu əlaqələrin dayandırılması 6 oktyabr 2022-ci ildə Praqada keçirilən Ermənistan-Azərbaycan-Avropa İttifaqı-Fransa sammitinin nəticələrinə görə Ermənistanın Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıması olub.

Bu prosesdə kardinal dəyişiklik isə 2023-cü ilin sentyabrında baş verdi ki, bu da ATƏT-in Minsk Konfransının həmsədrləri üçün ATƏT tərəfindən Dağlıq Qarabağ nizamlanması ilə bağlı təsdiq edilmiş mandatı öz aktuallığını itirdi. 
Sadəcə olaraq Qərbin bu formatın işinə mane olması ilə başladı. Sonra real həyatda baş verən dəyişikliklər oldu. Bunun məntiqi nəticəsi olaraq Minsk konfransının bütün strukturları, yəni Minsk Qrupu, yüksək səviyyəli planlaşdırma qrupu, ATƏT-in fəaliyyətdə olan sədrinin "Dağlıq Qarabağ" nizamlanması üzrə nümayəndəsi vəzifəsi buraxılmaya məruz qalırlar. Hesab edirik ki, bununla bağlı müvafiq qərarın qəbul edilməsinin optimal yolu Bakı və İrəvanın bu qurumların ləğvi ilə bağlı birgə təklifidir”, - Zaxarova bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.