22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
ABŞ-ın Virciniya ştatında, Vaşinqtonun yaxınlığında yerləşən Aleksandriya şəhərində Azərbaycan Evinin açılışı keçirilib.
Mərasimə ətraf şəhərlərdə yaşayan azərbaycanlılar, diaspor nümayəndələri və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları qatılıblar. Açılış mərasimində lent kəsilmə mərasimini Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov icra edib.
Daha sonra çıxış edən Azərbaycan Evinin həmtəsisçisi Ayan Əliyeva bildirib ki, Azərbaycan Evinin və Azərbaycan Assosiasiyasının əsas məqsədi, xüsusilə ABŞ-da doğulmuş uşaqlar üçün Azərbaycan dilinin tədrisini təmin etməkdir. O, bu mərkəzin Azərbaycan və Türk dünyası üçün mühüm bir məkan olacağını qeyd edib.
Azərbaycan Evinin digər həmtəsisçisi Sevda Tahirli isə, bu ideyanın həyata keçirilməsi üzərində beş ildir çalışdıqlarını vurğulayıb. O bildirib ki, uzun illər Azərbaycan mədəniyyəti, incəsənəti, musiqisi və mətbəxinin təbliğatı istiqamətində görülən işləri artıq Azərbaycan Evi adı altında davam etdirəcəklər. Tahirli, bu mərkəzin hər kəsin bir araya gələcəyi, problemlərinin həllində güvənəcəyi bir məkan olmasının əsas missiyaları olduğunu diqqətə çatdırıb.
Fuad Muradov çıxışında Azərbaycanın dövlət olaraq bu cür fəaliyyətləri hər zaman dəstəkləməyə davam edəcəyini vurğulayıb. O, Azərbaycan evlərinin funksional şəkildə fəaliyyət göstərməsinin vacibliyini qeyd edib və bu fəaliyyətlərin əsasən icmanın istəklərinə uyğun həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Muradov, həmçinin avqustun əvvəllərində Laçında keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsini xatırladaraq, gənclərin də bu fəaliyyətlərə qoşulmasının önəmini vurğulayıb.
Azərbaycanın ABŞ-dakı səfirliyinin birinci katibi Toğrul Əliyev də çıxış edərək, səfirliyin bu fəaliyyətlərə dəstəyini ifadə edib.
Bölməyə aid digər xəbərlər