Day, Month 00, Year
00: 00: 00 AM

Goranboyda Milli Mətbuat Günü qeyd olunub

İyul ayının 19-da Goranboy rayonunda 22 iyul Milli Mətbuat Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi və aparat işçiləri, rayon digər dövlət orqanlarının təmsilçiləri, kütləvi informasiya vasitələri nümayəndələri və yerli sakinlər iştirak ediblər. İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Ümummilli Liderimizin əziz xatirəsi ehtiramla yad edilib, abidəsinin önünə tər çiçəklər qoyulub. 

Tədbirdə çıxış edən Goranboy RİH-nin başçısı Məhərrəm Quliyev ilk növbədə mətbuat işçilərini peşə bayramları münasibətilə təbrik edib. Daha sonra öz çıxışında M.Quliyev Azərbaycanda müasir jurnalistikanın formalaşmasının və inkişafının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Həmçinin Goranboy RİH-nin başçısı bu gün ölkəmizdə mətbuata ən yüksək səviyyədə diqqət və qayğı göstərildiyini, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən mütərəqqi islahatların bu sahənin sürətli inkişafını təmin etdiyini diqqət mərkəzinə çəkib.
Sonra digər tədbir iştirakçıları çıxış edərək Azərbaycanın ana dilimizdə dərc edilən ilk mətbu orqanı olan “Əkinçi” qəzetinin birinci nömrəsinin işıq üzü gördüyü gündən bu günə qədər Milli mətbuatımızın keçdiyi şərəfli inkişaf yolundan bəhs ediblər.

Daha sonra tədbirə dəvət olunmuş kütləvi infornasiya vasitələrinə Goranboy RİH tərəfindən xüsusi diplom və fəxri fərmanlar təqdim olundu. Təltif olunanlar sırasında aia.az saytı da var idi.

Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.


Tarix: 19-07-2024, 17:06 Oxunub: 98


Bölməyə aid digər xəbərlər