Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan və İran arasında telefon danışığı - "Canlı qüvvə və hərbi texnika toplaması məlumatları yalandır

Azərbaycanın müdafiə naziri ilə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi arasında telefon danışığı oldu

Azərbaycan və İran arasında telefon danışığı -  "Canlı qüvvə və hərbi texnika toplaması məlumatları yalandır

Sentyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub.
Tərəflər regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar. 

General-leytenant M.H.Baqeri öz növbəsində bəzi qüvvələrin ölkələrimiz arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirmək məqsədilə guya İranın Azərbaycanla sərhədə canlı qüvvə və hərbi texnika toplaması, müxtəlif təlimlər həyata keçirməsi ilə bağlı yaydıqları yalan məlumatların heç bir real əsası olmadığını vurğulayıb.
Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.

Tarix: 13-09-2023, 13:40 Oxunub: 112


Bölməyə aid digər xəbərlər