Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiya Azərbaycanla sərhəddə nəqliyyatın hərəkətində dəyişiklik edib

Baxış: 352


Rusiya Azərbaycanla sərhəddə nəqliyyatın hərəkətində dəyişiklik edib
Azərbaycanla sərhəddə yerləşən Yaraq-Kazmalyar keçid məntəqəsində Rusiyaya gedən iritonnajlı yük maşınlarının çoxluğu ilə əlaqədar olaraq hərəkət sxemi dəyişdirilib.
"Sahibkartv.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Azərbaycandan Rusiyaya gedən yük avtomobillərinin sayının artması ilə əlaqədar noyabrın 17-nə kimi Yaraq-Kazmalyar avtomobil buraxılış məntəqəsində müvəqqəti olaraq hərəkət qrafiki dəyişdirilib”, - məlumatda deyilir.
Yük daşımaları üçün bütün altı zolaq avtomobillərin Rusiyaya daxil olması üçün istifadə olunur.
"Yük avtomobillərinin Rusiya ərazisindən Azərbaycana çıxışı üçün qonşu Tagirkent-Kazmalyar keçid məntəqəsindən istifadə etmək tövsiyə olunur. Tağırkənt-Kazmalyarda yük avtomobillərinin qeydiyyatı giriş üçün iki, çıxış üçün iki hərəkət zolağında aparılır", - Nazirliyin mətbuat xidməti əlavə edib.
Yaraq-Kazmalyar Şimal-Cənub nəqliyyat dəhlizinin sərhədindən əsas avtomobil keçidlərindən biridir. Sərhəd keçid məntəqəsi Azərbaycan, İran, Hindistana tranzit, malların ixracı və idxalının təmin edilməsində strateji əhəmiyyətə malikdir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.