22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
Ölkəmizdə koronavirus xəstələrinin karantində qalma müddəti 14 gündən 7 günə salınır. Bununla bağlı Nazirlər Kabineti karantin rejiminə dair qərarlar qəbul edib. Dəyişiklik yanvarın 24-dən tətbiq olunacaq. Qərarda başqa dəyişikliklər də var.
Sahibkartv.az xəbər verir ki, ölkəmizdə koronavirus xəstələrinin karantində qalma müddəti iki dəfə azaldılaraq 7 gün olacaq.
Nazirlər Kabineti karantin rejimi ilə bağlı yeni qərarlar qəbul edib. Qərarlara əsasən, laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə salınıb. COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat da şəxsin pozitiv PZR test nəticəsi tarixindən 7 gün sonra veriləcək. İndiyə qədər bu sənəd 14 günə verilirdi.
Bundan başqa, xəstəlik əlaməti olan işçinin laborator üsul ilə COVID-19-a yoluxduğu təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməsi zərurəti aradan qaldırılır. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilməsi, həmçinin karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağası da ləğv edilir.
Səhiyyə Nazirliyi də bu yeniliklər ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, karantin müddətlərinə dəyişiklik yeni ştamın spesifik xüsusiyyətləri nəzərə alınaraq edilib.
Nazirliyin sözçüsü bildirib ki, "Omicron" ştamının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlar virusa yoluxma riskini azaldan göstərişlərə mütləq əməl etməlidirlər.
"Vətəndaşlarımızı gücləndirici "buster" doza ilə vaksin olunmağa çağırırıq" deyə qurum rəsmisi əlavə edib.
Bölməyə aid digər xəbərlər