16:00 / 08-10-2024
14:14 / 08-10-2024
13:33 / 08-10-2024
13:16 / 08-10-2024
13:09 / 08-10-2024
12:01 / 08-10-2024
11:56 / 08-10-2024
11:47 / 08-10-2024
11:41 / 08-10-2024
11:37 / 08-10-2024
11:03 / 08-10-2024
10:57 / 08-10-2024
10:22 / 08-10-2024
10:18 / 08-10-2024
10:01 / 08-10-2024
09:50 / 08-10-2024
09:46 / 08-10-2024
09:42 / 08-10-2024
09:37 / 08-10-2024
09:00 / 08-10-2024
23:13 / 07-10-2024
22:41 / 07-10-2024
22:00 / 07-10-2024
21:38 / 07-10-2024
21:13 / 07-10-2024
20:43 / 07-10-2024
20:11 / 07-10-2024
20:00 / 07-10-2024
Ölkəmizdə 1 yanvar 2021-ci il tarixindən "Tibbi sığorta haqqında” Qanuna əsasən, icbari tibbi sığorta haqları toplanılır. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq əməkhaqqının 8000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilmişdi. Belə ki, 2021-ci il ərzində əməkhaqqının 8000 manata qədər olan hissəsindən bir, yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulurdu. Həmin müddət artıq bitib. 2022-ci ildən etibarən isə qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərə tətbiq olunmuş güzəşt müddəti bitdiyindən, aylıq əməkhaqqının 8000 manata qədər olan hissəsindən iki faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. Yəni icbari sığorta üçün etdiyimiz aylıq ödənişlərin məbləği artıb. Bəs aldığımız xidmətin keyfiyyəti necə, artacaqmı?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İctimaiyyətlə əlaqələr departamentindən bildirildi ki, İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısına 2021-ci ildə 2550 sayda tibbi xidmət daxil idi: "Sığortaolunan tibbi göstərişi olan hallarda xidmətlər zərfindəki xidmətlərdən ödənişsiz istifadə edə bilər. 2021-ci ilin yanvar-noyabr ayları ərzində ölkə üzrə 3 781 748 şəxs tibb müəssisələrinə müraciət edib. 9 266 053 müraciət üzrə 20 489 085 tibbi xidmət göstərilib”.
Agentliyin məlumatına görə, xidmətlər zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayı və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Dəyişikliyə əsasən, 2800-dən çox tibbi xidmətin İcbari Tibbi Sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur: "Məqsəd əhalini daha çox sayda tibbi xidmətlə təmin etmək və xidmətlərin əlçatanlığını artırmaqdır. Xidmətlər zərfinə əlavə edilməsi nəzərdə tutulan əməliyyatlar sırasına oftalmoloji, travmatoloji əməliyyatlar, ürək-damar cərrahiyyəsinə əlavə olunan tibbi xidmətlər daxildir”.
Deputat Müşfiq Məmmədli deyir ki, icbari tibbi sığorta tətbiq edildiyi vaxt bir sıra çətinliklər olduğu üçün əhaliyə güzəşt edilmişdi: "İlk vaxtlar qanunvericiliyə icbari tibbi sığorta haqqının bir faiz olması haqqında müddəa əlavə olunmuşdu. Həm pandemiya dövrü, həm də ilkin tətbiq zamanı bəzi problemlərin olması nəzərə alınırdı. Ona görə də, bir il müddətinə iki faizli tutulmalar təxirə salınmışdı. Yanvarın 1-dən bu prosesin qanunvericiliyə uyğun şəkildə tənzimlənməsi həyata keçiriləcək”.
M.Məmmədli bildirir ki, əməkhaqqından tutulmalar İcbari Tibbi Sığorta sisteminin və fondunun formalaşması üçün tutulur: "Fəaliyyət göstərən şəxsdən, həmçinin özəl və ya dövlət sektorunda həmin şəxslə müqavilə bağlamış hüquqi şəxslərdən iki faiz həcmində icbari tibbi sığorta haqqı tutulur. Bu tutulmalar xidmət haqqı şəklində yox, İcbari Tibbi Sığorta sisteminin formalaşması üçün nəzərdə tutulub. Bunun nəticəsində İcbari Tibbi Sığorta fondu formalaşdırılır”.
M.Məmmədlinin sözlərinə görə, icbari tibbi sığorta ilə bağlı formalaşan büdcə hesabına müəyyən işlərin görülməsi nəzərdə tutulub: "Büdcə haqqında qanun qəbul olunduqda nəzərdə tutulmuşdu ki, növbəti ildən icbari tibbi sığorta büdcəsi 1 milyard 700 milyon manat həcmində olacaq. Bu vəsaitin formalaşması həm səhiyyəyə ayırmalar, həm fonda yığılmalar və digər vəsaitlər hesabına nəzərdə tutulmuşdu. Bu artım hesabına xəstəxanaların modernizasiyası, gələcəkdə zərfə yeni xidmətlərin əlavə olunması, xidmət keyfiyyətinin yüksəldilməsi, xəstə məmnuniyyətinin təmin edilməsi nəzərdə tutulub”.
M.Məmmədli deyir ki, gələcək illərdə bu sistem daha da təkmilləşəcək və insanları məmnun etməyən bütün səbəblər aradan qaldırılacaq: "Təbii ki, çatışmazlıqlar, əhalini məmnun etməyən səbəblər də var. Ancaq unutmayaq ki, icbari tibbi sığorta yeni tətbiq olunmuş prosesdir və 2020-ci ilin aprelindən artıq bütün ölkəni əhatə etməyə başlayıb. Növbəti ildən həm tibb müəssisələrinin işçilərinin, həm İcbari Tibbi Sığorta Agentliyinin, digər idarəedici strukturların birgə işləməsi hesabına vətəndaş məmnuniyyətini mərhələlərlə yüksəldəcəyik”.
Bölməyə aid digər xəbərlər