Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Koronavirus kişilər üçün daha təhlükəlidir - Tək çarə...

Baxış: 147

Peyvənd olunmaqdan boyun qaçıran kişilərin sağlamlıqlarında problemlər yarana bilər.
Sahibkartv.az xəbər verir ki, bu barədə Alimlərin "American Journal of Epidemiology"də dərc etdirdikləri məqalədə deyilir. Xəbərə görə, SARS-CoV-2-ə yoluxan kişilərin immun sisteminə və məhsuldarlığına ciddi təsir edir.
Bununla belə, 2003-cü il SARS və 2013-2014-cü MERS epidemiyalarından əldə edilən məlumatların təhlili də kişilərin qadınlara nisbətən daha yüksək ölüm riskinə malik olduğunu ortaya qoyub. 
Lakin immun sisteminin həddindən artıq reaksiyası nəticəsində yaranan dağınıq skleroz və revmatizm kimi xəstəliklər qadınlarda daha çox olub. Tədqiqatçılar etiraf edirlər ki, bir sıra sosial-iqtisadi və davranış amilləri də bu ölüm faktına təsir etsə də, lakin əsas səbəb bioloji reaksiyalardır. Bununla mübarizədə peyvəndin tək çarə olduğunu qeyd edən alimlər peyvəndin uşağı planlaşdıran qadınlara heç bir mənfi təsir göstərmədiyini bildirərək peyvəndin deyil, yalnız koronavirusun sağlamlıq üçün təhlükə yaratdığını qeyd ediblər.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.