13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
Səhiyyə Nazirliyinin baş reanimatoloqu İsrail Məhərrəmbəyli qan dəyərləri yoxlanılmadan edilən koronavirus müalicəsi ilə bağlı müsahibə verib.
Sahibkartv.az həmin müsahibəni təqdim edir:
- İnsanlarda hələ də belə düşüncə var ki, təcili tibbi yardım çağırsaq bizi bir başa reanimasiya şöbəsinə yerləşdirirlər. Kimlər COVID-19 zamanı reanimasiyaya yerləşdirilir?
- Təbii ki, insanlarda bununla bağlı qorxu var. Çox insan düşünür ki, süni tənəffüs aparatına qoşulduqları zaman bu artıq sondur.
Süni tənəffüs yüngül xəstələrə ağzına maska taxmaqla, ağır xəstələrə isə birbaşa ağciyərinə hava balonunun yerləşdirilməsi ilə qoşulur. Bu cihazlar vasitəsilə xəstələr 100 faiz oksigenlə təmin oluna bilirlər.
Koronavirusa yoluxmuş xəstələrin hamısı reanimasiya şöbəsinə yerləşdirilmir. Birbaşa tənəffüs yollarına təsir göstərən xəstəlik olduğu üçün, reanimasiya şöbəsinə yerləşdirilən xəstələrin əksəriyyəti tənəffüs sistemində problem olanlardır. COVID-19 virusunun nəinki bizim ölkədə bütün dünyada virusun hansı formada, intensivlikdə inkişaf edəcəyi barədə dəqiq məlumat yoxdur. Nədən qaynaqlanır, patogenetik istiqaməti necədir, müalicə prinsipi hansılardır, bu suallar üçün statistik dəqiq bir mənbə hələ də yoxdur. Təbii ki, insanlar yoluxduğu zaman onlarda virusa xas əlamətlər üzə çıxır. Zəif immun sisteminə malik orqanizmdə, virusun inkişafı da olduqca sürətli baş verir. Statistik təhlillər də göstərir ki, xəstəxanalara daxil olan xəstələrin əksəriyyəti gecikmiş halda müraciət edənlərdir. Günlərlə evdə müalicə alan, soyuqdəymədir deyib gözləyən və doğru mütəxəssis tərəfindən düzgün müalicə olunmayan xəstələr xəstəxanalara müraciət edirlər. Evdə müalicənin ən yanlış tərəfi qan dəyərləri yoxlanılmadan edilən ümumiləşdirilmiş müalicələrdir. Ağırlaşan xəstələrin qəbul şöbədə vəziyyətləri dəyərləndirilir və artıq həkim tərəfindən xəstənin palata şəraitində və yaxud reanimasiya şöbəsinə aparılması təyin edilir.
- Hansı ağırlaşmalar xəstənin intensiv terapiya yəni reanimasiya şöbəsinə yerləşdirilməsinə göstəricidir?
- İlk növbədə reanimasiyaya huşunu itirmiş xəstələr yerləşdirilir. Kəskin tənəffüs çatışmazlığı olmadığı halda bəzi xəstələrin yanaşı xəstəlikləri olur, şəkər, ürəkdə stent, yüksək təzyiq halları aşkarlanarsa xəstə reanimasiyaya yerləşdirilir. Ümumi göstəriciləri belə dəyərləndirə bilərik ki, kəskin tənəffüs çatışmazlığı varsa, əlbəttə bu tənəffüsün sayına da bağlıdır, bu say 30-un üstündədirsə, oksigenin parsial təzyiqi 70-in altındadırsa, karbon qazının parsial təzyiqi 50-dən çoxdursa, saturasiya göstəricisi oksigen inqalyasiyası ilə 80-86-ya bərabərdirsə, bu hallar reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilməlidir. İkinci önəmli göstərici isə ağciyərlərin kompüter tomoqrafiya nəticəsidir.
- Hansı xəstələr intubə olunur, ümumiyyətlə intubə nə deməkdir?
- İntubasiya, endotrakeal boru (ET) adlanan bir borunun ağızdan tənəffüs yoluna daxil edilməsidir. İntubasiya olunmuş xəstə ventilyasiya cihazına bağlı olduğu müddətdə reanimasiya şöbələrində qalır. Xəstənin sağlamlıq vəziyyətindən asılı olaraq, intubasiyadan sonra bir müddət reanimasiyada qalmaq lazım gələ bilər.
Ancaq hər bir reanimasiyada xəstəyə intubasiya edilmir. Tənəffüs funksiyasını müstəqil şəkildə yerinə yetirə bilən xəstələrdə intubasiya tələb olunmur.
- İntubasiya neçə gün çəkir?
- Ümumiyyətlə, yoluxucu xəstəliklərdə dərman müalicələri və digər müalicə variantları sınandıqda və hələ də nəticə vermədikdə intubasiya tətbiq olunur.
İntubasiyanın neçə gün çəkəcəyi tamamilə xəstənin vəziyyətindən asılıdır. Bəzi xəstələrdə yalnız bir neçə günə, bəzi ağır xəstələrdə isə həftələrlə intubasiyaya davam etmək lazım ola bilər.
Uzun müddət intubə edilmiş xəstələrdə tənəffüs yollarının daralması və ağciyərlərin tənəffüs dəstəyindən asılılığı kimi risklər inkişaf edir.
- İntubə edilmiş xəstənin vəziyyəti yaxşılaşırmı?
- Elmi statistikaya baxdıqda, intubasiya edilmiş COVID-19 xəstələrinin təxminən dörddə üçünün sağ qaldığı görülür. İntubə edilməyən xəstələrə nisbətən intubə edilən xəstənin ölüm nisbətinin artmasının səbəbi, ventilyatora qoşulan xəstənin ağır xəstə olmasıdır.
Bölməyə aid digər xəbərlər