
Sahibkartv.az xəbər verir ki, fındıq əsaslı məhsullar qlobal bazarda populyarlaşmağa başlayıb.
ABŞ və Avropada istehlakçılar arasında fındıq südü və fındıq yağına maraq artır. Bu məhsullar süd və kərə yağı alternativi kimi qəbul olunur və sağlam qidalanma bazarında yerini möhkəmləndirir. Xüsusilə vegan və laktoza həssaslığı olan şəxslər üçün fındıq südü əvəzolunmaz seçimlərdən birinə çevrilib.





































