Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ürəyin dərmanıdır - İnfarkt riskini azaldır

Baxış: 183
Ürəyin dərmanıdır - İnfarkt riskini azaldır


Həm təzə, həm də qurudulmuş halda istifadə edilən əncir qədim zamanlardan xalq təbabətində geniş yer tutub.

milli.az xəbər verir ki, əncir xüsusilə həzm sisteminə göstərdiyi müsbət təsirlə seçilir. Onun tərkibindəki təbii liflər bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizlik problemini aradan qaldırmağa kömək edir. Bu səbəbdən bağırsaq pozğunluqları olan insanlara mütəmadi olaraq əncir yemək tövsiyə olunur.

Əncir həmçinin ürək-damar sistemi üçün də faydalı hesab edilir. Tərkibindəki kalium və antioksidantlar sayəsində qan təzyiqinin normallaşmasına təsir göstərir, pis xolesterolu azaldaraq infarkt və insult kimi xəstəliklərin riskini azaldır. Kaliumla yanaşı, kalsium, maqnezium və fosfor kimi minerallar da sümük toxumasını gücləndirərək osteoporozun qarşısını alır.

Həkim-diyetoloqlar əncirin qan şəkərini sabit saxlamaqda da rol oynadığını qeyd edirlər. Təbii şəkər mənbəyi olsa da, lif baxımından zəngin olduğu üçün şəkərin qana sorulması prosesini yavaşladır. Bununla belə, şəkər xəstələrinə əncirdən ölçülü istifadə etmək tövsiyə olunur.

Meyvənin tərkibindəki A, C və B qrup vitaminləri orqanizmin ümumi müdafiə qabiliyyətini artırır. Bu isə xüsusilə soyuq aylarda immun sisteminin güclənməsinə və xəstəliklərə qarşı müqavimətin artmasına şərait yaradır. Əncirin antioksidant xüsusiyyətləri də dərinin və saçların sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır.

Əncirin qaraciyərin təmizlənməsinə yardım etdiyi də vurğulanır. Xalq təbabətində onun qaraciyəri toksinlərdən təmizlədiyi və orqanizmdə yığılan zərərli maddələrin atılmasına dəstək verdiyi bildirilib.

Qeyd edək ki, əncir gündəlik rasiona əlavə oluna biləcək faydalı meyvələrdən biridir. Mütəxəssislər onu səhər acqarına və ya günorta yeməklərindən əvvəl yeməyi tövsiyə edirlər. Qurudulmuş əncir isə daha kalorili olduğu üçün miqdarına diqqət yetirmək vacibdir. Gündə 2-3 ədəd əncir orqanizmin ehtiyac duyduğu lif və bəzi vitamin-mineralları qarşılamaq üçün kifayət hesab olunur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.