Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Əməkdar jurnalist vəfat etdi

Baxış: 144
Əməkdar jurnalist vəfat etdi


Tanınmış siyasi analitik Nurani (Tofiqəxanım) Qasımova uzunsürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.

“Bu barədə “Minval Politika” nəşrinin baş redaktoru Emil Mustafayev məlumat yayıb.

Onun sözlərinə görə, bir neçə gündür səhhəti ciddi şəkildə ağırlaşan jurnalistin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 1970-ci il təvəllüdlü N. Qasımova ixtisasca həkim olsa da, beynəlxalq siyasətə və publisistikaya böyük marağı onu jurnalistikaya gətirib.

O, peşəkar fəaliyyətinə 1992-ci ildə başlayıb. Müxtəlif illərdə “Yurddaş”, “Ayna”-“Zerkalo” nəşrlərində çalışıb, uzun müddət “Exo” qəzetinin beynəlxalq həyat şöbəsinin müdiri və siyasi icmalçısı olub. Son illərdə isə Minval.az və “Minval Politika” xəbər portalında redaktor və əsas siyasi şərhçilərdən biri kimi fəaliyyət göstərib.

N.Qasımova jurnalistika sahəsindəki xidmətlərinə görə Həsən bəy Zərdabi mükafatı və digər media mükafatlarına layiq görülüb. 2020-ci ildə  “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.