Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nəsimi Musayev başına gələnləri istintaqa danışdı

Baxış: 72
Nəsimi Musayev başına gələnləri istintaqa danışdı


Ermənistan ərazisinə keçən azərbaycanlı əsgər Nəsimi Musayevin istintaqa verdiyi ifadə ilə bağlı məlumat yayılıb.

Musavat.com erməni mediasına istinadən bildirir ki, guya əsgər “onun açdığı atəş nəticəsində yaralanan Ani Avetisyanın ifadəsi ilə ziddiyyət təşkil edən açıqlama verib”.

Dindirilmə zamanı əldə edilən təfərrüatları yayımlayan “Zhoghovurd” qəzetinin məlumatına görə, Nəsimi Musayev heç kimə xəsarət yetirmək niyyətində olmadığını bildirib. Əsgər deyib ki, o, saxlanılan zaman dəfələrlə buraxılmasını xahiş edib, lakin ev sahibi onun silahını tutmağa cəhd edərkən “atəş açmaq məcburiyyətində qalıb”.

Bundan əlavə, Musayev yazılı şəkildə bildirib ki, həmin qadın və ailə üzvləri sonradan hücum edərək onu bıçaqlayıb və döyüblər.

Nəşr belə bir qənaətə gəlir ki, yaradılan təəssürata görə, erməni ailəsi Nəsimi Musayevə hücum edərkən o, sadəcə orada heç bir günahı olmadan dayanıbmış.

Qarakilsə rayonunun Şəki kənd sakini olan “zərərçəkmiş” Ani Avetisyan isə mediaya bildirib ki, o, evə daxil olarkən Musayev guya artıq onun uşaqlarını silahla hədələyirmiş.

“Daha sonra hərbçi üç dəfə atəş açıb və yalnız bir dəfə hədəfdən yayınıb. Ani Avetisyanın sözlərinə görə, o, Musayevin silahına yenidən patron yerləşdirdiyini gördükdən sonra ona bıçaqla zərbə endirib və bununla da bütün ailəsini ölümdən xilas edib”, - erməni mediası yazır.

Aydın şəkildə görünür ki, Ermənistan bu hadisədən şou hazırlayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.