Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiyalıların Avropada sərbəst gəzməsinə son qoyula bilər-ŞOK QƏRAR

Baxış: 117
Rusiyalıların Avropada sərbəst gəzməsinə son qoyula bilər-ŞOK QƏRAR


Avropa İttifaqı Rusiya vətəndaşlarının Şengen zonasında sərbəst hərəkətini məhdudlaşdırmaq üçün yeni viza qaydalarını müzakirə etməyə hazırlaşır. Təklif qəbul olunarsa, rusiyalı turistlərə bütün Şengen ölkələrində deyil, yalnız müəyyən dövlətlərin ərazisində qüvvədə olan vizalar verilə bilər.

 Rusiya mediasına istinadən xəbər verir ki, məsələ oktyabrın 14-də Avropa İttifaqı Şurasının işçi qrupunun iclasında müzakirə olunacaq.

Gündəliyə əsasən, söhbət Rusiya vətəndaşlarına qeyri-zəruri səfərlər üçün məhdud ərazi qüvvəsinə malik LTV vizalarının verilməsindən gedir. Müzakirələr Aİ Şurasına sədrlik edən İrlandiyanın hazırladığı sənəd əsasında aparılacaq. Təklifin tam mətni hələ açıqlanmayıb.

LTV vizalarının əsas fərqi onların bütün Şengen zonasında deyil, yalnız bir və ya bir neçə ölkədə qüvvədə olmasıdır. Məsələn, İtaliyanın verdiyi belə viza ilə Almaniyaya getmək, hətta həmin ölkədən tranzit keçmək mümkün deyil.

İclasda Aİ üzvü olmayan Şengen ölkələri – Norveç, İslandiya, İsveçrə və Lixtenşteynin nümayəndələri də iştirak edəcəklər. Bundan başqa, Almaniyanın rusiyalılara viza verilməsində vahid məhdudlaşdırıcı yanaşma tətbiq edilməsi təşəbbüsü və Rusiyaya qarşı 21-ci sanksiyalar paketində nəzərdə tutulan viza tədbirləri də müzakirə olunacaq.

Finlandiya isə daha sərt mövqe tutur. Ölkənin xarici işlər naziri Elina Valtonen Rusiya Ukraynaya qarşı müharibəni dayandırana qədər rusiyalılara turist vizalarının verilməsinin tamamilə qadağan olunmasını təklif edib.

“Agentstvo”nun məlumatına görə, LTV mexanizmi yeni deyil. Əvvəllər bu vizalardan Kosovo sakinləri geniş istifadə ediblər. Pasportları bütün Şengen ölkələri tərəfindən tanınmadığından 2011-ci ildə dörd Avropa dövləti Kosovo vətəndaşlarına təxminən 40 min belə viza verib.

İtaliya isə LTV vizalarından humanitar məqsədlərlə, o cümlədən Eritreya və Suriyadan olan qaçqınların qəbulunda istifadə edib.

Hazırda da rusiyalılara müəyyən hallarda bu növ vizalar verilir. Avropa Komissiyasının statistikasına əsasən, 2025-ci ildə Rusiyadakı konsulluqlar təxminən 12 min LTV vizası rəsmiləşdirib. Lakin indi müzakirə olunan təşəbbüs bu mexanizmin Rusiya vətəndaşlarına daha geniş tətbiqini nəzərdə tutur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.