Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ceki Çan Bakıda film çəkilişlərinə başlayır

Baxış: 63
Ceki Çan Bakıda film çəkilişlərinə başlayır


Əfsanəvi aktyor Ceki Çan Bakıdadır və burada "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macəra filminin bəzi səhnələrinin çəkilişləri başlayır.
 Qazaxıstanın Bakıdakı səfirliyi xəbər verir ki, aktyor Azərbaycanın paytaxtında təxminən on gün keçirəcək.

Filmin əsas çəkiliş meydançası Qazaxıstandır. Manqistau və Almatı vilayətlərində, eləcə də Almatıda çəkilişlər baş tutub. Qazaxıstan tərəfinin təklifi ilə çəkilişlər üçün ikinci ölkə olaraq Azərbaycan seçilib. Filmin istehsalı ilə Qazaxıstanın "Salem Entertainment" kinokompaniyası məşğul olur. Layihənin prodüseri şirkətin qurucusu Rüstəm Omarov, rejissoru isə namizədliyini şəxsən Ceki Çanın təsdiqlədiyi qazaxıstanlı quruluşçu və kaskadyor Robert Kundur. Bakıdakı çəkilişlərə Qazaxıstanın Azərbaycandakı səfirliyi dəstək göstərir.

Bakıdakı çəkilişlər üçün şəhərin ən çox tanınan görməli yerlərindən bəziləri seçilib. Kadrlarda İçərişəhər, Dağüstü park, Bakı funikulyoru, Yaşıl teatr və Fəvvarələr meydanı görünəcək.

Filmin premyerası 2027-ci ilə planlaşdırılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.