
"Adam deməyə söz tapmır, ağır bir itkidir".
Bu sözləri Sahibkartv.az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov Cabir İmanovla bağlı danışarkən deyib.
"Bu, Allahın təqdiridir. Mədəniyyətimiz xalqımız üçün ağır itkidir. Yaxın münasibətimiz olduğuna görə, mənə çox pis təsir edir. Çox müsbət enerjili, istedadlı bir insan idi.Yaxınlarına, Tahir müəllimə başsağlığı verirəm. Allah onun balalarını qorusun. Allah onlara səbir versin. Çox pozitiv bir insan idi. Adam onu görəndə fərəhlənirdi, sevinirdi. Allah rəhmət eləsin".

































