Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Düşünmürəm ki, bu hadisə idman etdiyi üçün baş verdi”

Baxış: 118
“Düşünmürəm ki, bu hadisə idman etdiyi üçün baş verdi”


“Səkkiz gün əvvəl Cabirlə bir yerdə məclisdə idik. Birlikdə şənləndik. Nə bilərdik belə bir şey olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov dostunun qəfil ölümü ilə bağlı danışarkən deyib.

Müğənni C.İmanovun daha əvvəl infarkt keçirməsindən xəbərsiz olduğunu, ümumiyətlə belə bir şey baş vermədiyini bildirib: “Həmişə idman edirdi. Düşünmürəm ki, bu hadisə idman etdiyi üçün baş verdi. Cabir həmişə formada olub. Sonuncu dəfə də yaxşı arıqlamışdı, kostyum çox yaxşı yaraşırdı”.

Qeyd edək ki, 49 yaşlı Əməkdar artist Cabir İmanov ötən gün idman zalında infarkt keçirdikdən sonra vəfat edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.