Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezidenti kövrəldən Əhəd qalib oldu - Video

Baxış: 209
Prezidenti kövrəldən Əhəd qalib oldu - Video


Məlum olduğu kimi, ötən gün Laçında IX “Muğam” Televiziya Müsabiqəsinə yekun vurulub. 

“Qafqazinfo” xəbər verir ki, 8-16 yaşında yeniyetmələr arasında birinci yerə xanəndə Əhəd Ağayev layiq görülüb.

Əhəd Azərbaycan tamaşaçısına tanış simadır. Belə ki, 9 yaşlı xanəndənin də daxil olduğu muğam üçlüyü Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi Ağdam Muğam Mərkəzinin açılışındakı konsertdə marağa səbəb olmuşdu.

Azyaşlı xanəndələr “Qarabağ şikəstəsi”ni ifa edən zaman dövlət başçısı kövrəlmiş, onları ayaq üstə alqışlamışdı. Daha sonra Prezidentlə xanımı səhnəyə qalxaraq hər üç ifaçı ilə tək-tək görüşmüşdü. 





Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.