Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Mədəniyyət naziri naşirlərlə görüşüb

Baxış: 318


Mədəniyyət Nazirliyində naşirlərlə görüş olub.
Nazirlikdən “Sahibkartv.az”a verilən məlumata görə, toplantıya nəşriyyatların 24 nəfər nümayəndəsi qatılıb.
Naşirlərlə fikir mübadiləsi zamanı Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli dövlətin kitab sənayesi və kitab alışına hər zaman qayğı ilə yanaşdığını bildirib. Ölkədə elmi, elmi-kütləvi mövzularda zəngin məzmuna malik nəşrlərin sayının artmasının, həmçinin kitaba, mütaliəyə marağın inkişaf etdirilməsinin vacibliyindən bəhs edib. Daha sonra mövcud əməkdaşlıqlarla yanaşı, kitab sənayesi iştirakçılarının sahə ilə bağlı rəy və təklifləri dinlənilib.
Görüşə qatılan nəşriyyat nümayəndələri dünya təcrübəsindən çıxış edərək ölkədə kitab sənayəsi iştirakçılarının (yazarlar, naşirlər, tərcüməçilər, redaktorlar və s.) yetişməsini və inkişafını hədəfləyən layihələrin hazırlanması, yerli yazarların yaradıcılığını stimullaşdıracaq ədəbi mükafatın təsis edilməsi, Azərbaycan ədəbi-mədəni irsinin dünyada tanıdılması işinə xidmət edəcək tərcümə proqramının həyat keçirilməsi və başqa mühüm məsələləri səsləndiriblər.
Görüşün sonunda A.Kərimli səsləndirilən bütün fikirlərin bir daha nəzərdən keçiriləcəyini və sahə üzrə fəaliyyətin nəşriyyatlarla sıx əməkdaşlıq çərçivəsində davam etdiriləcəyini bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.